Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2019

İran lazer topu hazırladı - Ölkənin həssas mərkəzləri bu toplar vasitəsilə qorunur - Foto

“Tasnim”-in verdiyi xəbərə görə, İran İslam Respublikası lazerdən yüksək bacarıqla istifadə edən yeni lazer topları düzəltməyə və onu işlətmək bacarığına nail olub. İran bu toplardan ölkənin həssas mərkəzlərini qorumaq məqsədilə istifadə edir.
Müdafiə nazirinin müavini və İran Elektron Sənayesinin rəisi Şahrux Şəhram deyib: “Bu lazerdən artilleriya qurğusunda iki məqsədlə istifadə edilir və bu silah atəşin həcminə, hərəkətinə və diqqətinə kömək edə bilər.”
Elektron Sənayesinin rəisi əlavə edib: “Bizim hal-hazırda lazerdən istifadə etdiyimiz yerlərdən biri artilleriya sistemini hazırlamaq, top və radarın işə salınmasıdır. Beləliklə, sistem hədəfi yüksək diqqətlə izləyir və məhv edir.
Məhvedicilik mövzusunda da uğurlu nailiyyətlərimiz olub və bunların hamısı daxili istehsalıdır. Nümunə üçün qeyd edək ki, dünyada radardan qaçan aparatları kompozit qatlardan hazırlayırlar. Belə olduqda həm radardan qaça bilir, həm yüngül olur, həm də onun havada uçmasının davamına kömək edir. Bu kompozit qatlar güclü lazerlər qarşısında dözümsüzdür və biz bu lazerlərdən istifadə etməklə onları məhv edə bilərik.”
General Şəhram lazer sistemlərindən ölkənin həssas və həyati məntəqələrində istifadə olunduğunu bildirərək deyib: “Bugün dünyanın lazer hövzəsinin qapısı bizim silahlı qüvvələrimizin əllərindədir.”

دستیابی ایران به سلاح توپ‌ لیزری/ مراکز حساس کشور با سامانه‌های لیزری محافظت می‌شوند

238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP