Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Cərrahın tamahı 16 yaşlı qızı məhv etdi – Həkim terroru

1997-ci il təvəllüdlü Nərmin Həsənli həkimlərin qoyduğu səhv diaqnoz nəticəsində həyatla çarpışır.

Bu barədə N.Həsənlinin anası Məhbubə Hüseynova məlumat verib. 2013-cü ilin aprel ayında təsadüfən Nərminin boğazında şiş yaranıb. Bir gündə yaranan şişin səbəbini öyrənmək üçün Sumqayıt Şəhər Xəstəxanasına üz tutublar. Xəstəxanadan bu düyünün limfoma olduğu, müayinədən sonra keçməli olduğu bildirilib.

Hüseynova Məhbubə bundan sonra qızını Bakı şəhər Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinə gətirib: “Xəstaxananın cərrahı Zamanov Ramiz Nərminnin boğazındakı şişlə bağlı nümunə götürməklə kifayətləndi. Sadəcə, əlini qızımın boğazına vuraraq, “zob” diaqnozu qoydu. Nümunənin cavabını isə gözləmədi. 4 gündən sonra qızım əməliyyat olundu. Boğazdan yanlış olunan əməliyyat sonradan Nərmində şişlər əmələ gətirdi və xərçəng xəstəsinə çevirdi”.

Məhbubə xanım dediyinə görə, sonradan öyrəniblər ki, keçən ilin fevral ayında başqa bir xəstə də səhv diaqnoz nəticəsində əməliyyat olunub və dünyasını dəyişib: “Tibb elmləri doktorunun səhv diaqnoz qoyub, müayinə etmədən əməliyyat edəcəyini heç ağlıma da gətirməzdim. İndi artıq balamı göz görə-görə itirirəm”.

Əməliyyatı pulsuz etmişik

Əməliyyat üçün həkimə verilən 800 manat pul isə sonradan ailəsinə geri qaytarılıb. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin cərrahı, tibb elmləri doktoru Zamanov Ramiz isə deyilənləri inkar etdi. “Bu işlərlə məhkəmə məşğul olur, siz yox. Bütün arxivlər var. Burda heç bir səhv diaqnoz olmayıb. Mən heç kimdən pul almamışam, əməliyyatı isə pulsuz etmişik”.

Nərmin Həsənlinin əməliyyat edilməsinin səhv olduğunu bildirən İran İslam Resbuplikasının həkimləri bununla əlaqədar Zamanov Ramiz adına yazılı sənəd də göndəriblər.

2013-cü ili may ayının 1-də əməliyyat olunan Nərmin Həsənlinin vəziyyəti isə çox ağırdır. Yaxınları onu bu gün xəstəxanadan evlərinə aparacaqlarını dedilər. Vəziyyəti isə qənaətbəxş deyil. Ailəsi hesab edir ki, daha bir həkim tamahı üzündən Nərmin sayılı günlər yaşayır./axar/
1389 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51