Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Suriya böhranının itkiləri 140.000 nəfəri ötdü

Suriyalı insan haqları müdafiəçisi bildirib ki, hal-hazırda Suriya daxili müharibəsində canını itirmiş şəxslərin sayı 140.041 nəfərdir. Bunlardan 7.626 nəfəri uşaq və 5.064 nəfəri qadındır.
Nur-az.com-un ABNA İnformasiya Agentliyinə istinadlı məlumatına görə, bu insan haqları müdafiəçiləri suriyalı şəxslərdir və onların baş ofisləri İngiltərədə yerlərşir. Suriyanın içində onlarla əməkdaşlıq edən bir çox insan haqları müdafiəçiləri var. Onlar özləri də Suriya müxalifətini dəstəkləyən şəxslərdirlər.
Araşdırma qrupunun bildirdiyinə görə, açıqladıqları rəqəmlər faktlara əsaslsanır. Amma on minlərlə insanın taleyi məlum olmadığı üçün, bu barədə məlumat da verilmir.
Qrup bildirib ki, üsyançıların 30 mindən çox, dövlət qüvvələrinin 50 mindən çox ölüsünü saya biliblər.
Qrupun rəhbəri Rami Abdurrəhman isə deyib: Hər iki tərəfin dəqiq itkilərinin sayı bu rəqəmlərdən artıq olması ehtimal edilir. Çünki hər iki tərəf öz itkilərinin sayını az göstərməyə çalışırlar.
Bu statistikada Suriya ordusu və üsyançılar tərəfdən qarşılıqlı olaraq ələ keçmiş 7.000-dən çox şəxsin aqibəti haqqında bir məlumat verilməyib.
BMT isə ötən aydan Suriyadakı tələfat sayını dəqiqləşdirməyi dayandırdı. Buna səbəb kimi ölkədəki vəziyyətə görə dəqiq məlumat əldə etməyin mümkün olmadığı göstərilmişdir.
1421 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber