Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Sentyabr 2019

Şosseyə 12 döyüş təyyarəsi endi

Rusiya Silahlı Qüvvələrinin Mərkəz hərbi dairəsində keçirilən maddi-texniki təchizat bölmələrinin təlimləri çərçivəsində 12 Su-34 döyüş təyyarəsi və 2 An-26 nəqliyyat təyyarəsi Tatarıstanda Avropa ilə Çini birləşdirən şose yoluna enib.

Müdafiə Nazirliyi bildirir ki, iri avtomagistrallar layihələndiriləndə orada döyüş və nəqliyyat təyyarələrinin enməsi üçün sahələr də nəzərə alınır. “Tatarıstandakı belə sahələrdən birində səhra aerodromu təşkil edilib, orada yanacaq-sürtkü materiallarının anbarı, habelə digər zəruri infrastruktur yaradılıb. Bu da uçuş aparatlarının enməsinə və uçuşa hazırlanmasına imkan verir”,-məlumatda deyilir.

Təlimlərin gedişində ilk dəfə perspektiv ATZ-20 yanacaqdolduranı da sınaqdan keçirilib. Bu texnika dəqiqədə 1.2 ton yanacaq vurur və təyyarəni 5 dəqiqədən də az müddətdə yanacaqla tam doldurmağa imkan verir.
238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP