Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Sentyabr 2019

Ronaldodan təvazökar addım

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo İtaliya A seriyasının ən yaxşı oyunçusu üçün verilən döş nişanını taxmaqdan imtina edib.

Ötən mövsümün yekunlarına əsasən, A seriyasında fərqlənən futbolçulara müxtəlif nominasiyalar üzrə xüsusi döş nişanları təqdim olunub.

Fərqlənən futbolçular Samir Handanoviç (ən yaxşı qapıçı), Nikolo Zanilo (ən yaxşı gənc oyunçu), Kalidu Kulibali (ən yaxşı müdafiəçi), Sergey Milinkoviç-Saviç (ən yaxşı yarımmüdafiəçi), Fabio Kvalyarella (ən yaxşı hücumçu) və Kriştiano Ronaldo (ən yaxşı oyunçu) olub.

Ancaq portuqaliyalı futbolçu özünü "Yuventus"dakı komanda yoldaşlarından fərqləndirməmək üçün döş nişanını taxmaqdan imtina edib. Digər fərqlənən futbolçular isə meydana döş nişanı ilə çıxıblar.
253 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP