Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2019

Məhəmməd Mursinin oğlu öldü

Misirin devrildikdən sonra həbs olunan, daha sonra məhkəmə salonunda ölən prezidenti Məhəmməd Mursinin kiçik oğlu Abdullah Mursi ölüb.

A.Mursinin ölümünə səbəb infarkt keçirməsi olub. Qardaşının ölüm xəbərini təsdiqləyən Məhəmməd Mursinin böyük oğlu Əhməd Mursi bildirib ki, infarkt keçirəndən sonra xəstəxanaya aparılan Abdullah Mursinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Misirin devrilmiş prezidenti Məhəmməd Mursi iyun ayında məhkəmə salonunda keçirdiyi infarkt nəticəsində ölmüşdü.
349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.19, 08:30
Avro-2020-nin təqvimi
Go to TOP