Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

68 yaşlı qadın öldürüldü, evi qarət edildi

Bakıda dəhşətli qətl: 68 yaşlı qadın öldürüldü, evi qarət edildi

Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1946-cı il təvəllüdlü Gülnarə Ağayeva (Qurbanova) yaşadığı evdə qətlə yetirilib. Qətli törədənlər daha sonra evi qarət ediblər.

Hadisə barədə polisə ilk məlumatı G. Ağayevanın nəvəsi, 17 yaşlı Leyla İsrafilzadə verib. Axşam evə gələn L. İsrafilzadə nənəsinin üzərində xəsarətlər olan meyitini aşkar edib və evin qarət olunduğunu görüb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Baş vermiş hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir./apa/
1320 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP