Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

AKP-dən Fətullah Gülənə şok iddialar: “Aydın olur ki…”

AKP-li professor: “Gülənin səs qeydlərindən aydın olur ki…”

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, professor Mazhar Bağlı qonağı olduğu “A Haber” kanalının “60 dakika” proqramında Fəthulla Gülənin internetdə yayılan son səs qeydlərini qiymətləndirib.

“Sabah” qəzetinin verdiyi məlumata görə, professor Gülənin özünü dövlətin sahibi olaraq gördüyünü deyib.

“Son səs qeydlərində görünür ki, Fəthullah Gülən “Şəfqət Təpə” serialının ssenarisinə müdaxilə edib. Bu üslubu Hollivud filmlərində görürük. Daha çox xristianların istifadə etdiyi bir üslubdur. Xristian fəlsəfəsi yaxınlarına dindənkənar sahə vasitəsilə dinə çatmağın mümkün olduğunu sübut etməyə çalışır. Səs qeydlərindən aydın olur ki, Gülən özünü dövlətin sahibi olaraq görür, təlimatlar verir. Ancaq özünü həddindən artıq təvazökar göstərir. Bu təvazökarlığın arxasında əslində başqa bir eqoizm var”, — AKP-li söyləyib.

Fətullah Gülənin Fələstin, “Mavi Mərmərə” və Misir hadisələrində məzlumların yanında olmadığını deyən M.Bağlı bunun səbəbini “Çünki, onlar müvəffəqiyyətsizliyin yanında yer almazlar, müvəffəqiyyətin yanında olarlar” şəklində göstərib.
1367 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19