Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2019

Bəhruz Kamalvəndi: "İran uranı 20 faizdən çox zənginləşdirə bilər"

İranın nüvə proqramının bərpası istiqamətində atdığı üçüncü addım əsasən nüvə texnologiyasının inkişaf etdirilməsindən ibarət olacaq.

Bu sözləri sentyabrın 7-də İranın Atom Enerjisi üzrə Agentliyinin təmsilçisi Bəhruz Kamalvəndi deyib. O bildirib ki, İran artıq nüvə proqramını bərpa edib və uranı 20 faizdən çox həcmdə zənginləşdirmək niyyətindədir.

B.Kamalvəndi qeyd edib ki, İran əvvəlki illərdə olduğu kimi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələrinin nüvə obyektlərinə baxış keçirmələrini qadağan etməyəcək. Onlara istənilən nüvə obyektində aparılan işlərlə tanış olmaq üçün imkan yaradılacaq.

O diqqətə çatdırıb ki, əgər Avropa ölkələri “Nüvə sazişi” üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirsələr, onda İran nüvə tədqiqatlarının bərpasını dayandıra bilər.

İranın milli televiziyasında çıxış edən Prezident Həsən Ruhani isə bəyan edib ki, vəziyyətin bu həddə çatması və rəsmi Tehranın nüvə proqramını bərpa etməsinin təqsirkarı ABŞ-dır.
126 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.09.19, 12:07
Qubaya güclü qar yağdı
21.09.19, 08:22
Yumurta bahalaşdı
20.09.19, 20:26
Maduro Rusiyaya gedir
14.09.19, 13:22
Ruhani Türkiyəyə gedir
Go to TOP