Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

İmam Xomeyni İmdad Komitəsi Azərbaycana 43 milyon yardım edib

““İmam Xomeyni İmdad Komitəsi” beynəlxalq humanitar təşkilat 2012-ci ilin sonuna kimi Azərbaycana 43 milyon dollar dəyərində yardım göstərib”.

Bunu İran İslam Respublikasının "İmam Xomeyni İmdad Komitəsi" Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mahmud Seyyidin nümayəndəliyin fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilən təbirdə çıxışı zamanı bildirib.

O, bildirib ki, təşkilat 1993-cü ildə müqavilə əsasında Azərbaycanda xeyriyyəçilik işi ilə məşğuldur. 20 il 4 ay müddətində müxtəlif sahələrə xidmət edib:

"Komitənin özünə görə xüsusi nizamnaməsi var. Bu nizamnamənin maddələri əsasında fəaliyyət sərgilənir. Azərbaycan müharibə vəziyyətində ailələrin şəraiti qaçqın və köçkün düşmələrində ciddi problemlər var idi. İmdad Komitəsi ilk yardım komitələrindən biridir ki, Azərbaycan torpağında öz vəzifəsini yerinə yetirmək üçün xeyriyyə təşkilatı missiyasını yerinə yetirdi. 2013-cü ildə isə yetərli fəaliyyət göstərmişik. Həm Qurban bayramında həm də iftar süfrələrinin açılmasında əməyimiz olub. Eyni zamanda müxtəlif sahələrə 45 milyon dollar yardım ayrılıb. Xüsusilə əlillərin, qaçqınların və köçkünlərin rifah halının yaxşılaşdırılması üçün , övladlarının ailə həyatı qurması üçün yardım göstərilib".
1358 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07