Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2019

SEPAH Trampa barmaq silkələdi

“İran artıq ABŞ-la müzakirə aparmayacaq”.

Bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami deyib.

SEPAH başçısının sözlərinə görə, ABŞ-la müzakirə aparılması düşmən meydanında oynamaq deməkdir:

“İran rəsmilərindən kimsə Amerika ilə danışığa getməyəcək. Çünki belə bir müzakirə düşmən meydanında və onun hədəfi çərçivəsində oynamaq deməkdir. Amerika prezidenti Donald Tramp isə arzu edir ki, bir neçə dəqiqəlik də olsa, İran rəsmilərindən biri ilə danışsın. Lakin bu heç vaxt baş tutmayacaq”.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Mark Esper jurnalistlərə açıqlamasında rəsmi Vaşinqtonla Tehran arasında real danışıqlara zəmin yaranmasından danışmışdı.
221 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.10.19, 10:03
Tovuzda qətl törədilib
11.10.19, 08:43
Türkiyə ordusu itki verdi
09.10.19, 19:52
AB Türkiyəni hədələdi
07.10.19, 12:02
Lavrov Bağdada getdi
Go to TOP