Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2013

Orxan Zeynalovdan şok açıqlama

O, qətli törətmədiyini, ilkin ifadəni fiziki təzyiq altında verdiyini bildirib

Məhkəmə onun barəsində iki aylıq həbs qərarı çıxarıb

Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Azərbaycan vətəndaşı Orxan Zeynalovun istintaqa verdiyi ilk ifadənin videogörüntüləri yayılıb. O.Zeynalov bu qətli özünü müdafiə etmək üçün törətdiyini söyləyib: “Mən özümü müdafiə eləmişəm. Bıçaqla vurdum, öldürmək istəmirdim. Üç nəfər idik. Bir qız, o və mən. Bıçaq mənim arxa cibimdə idi”.
Dünən Moskvanın Presnenski Rayon Məhkəməsi O.Zeynalov barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Məhkəmə zalında ifadə verən O.Zeynalov qətli törətmədiyini bildirib. O, müstəntiqlərə ilkin ifadəni fiziki təzyiq altında verdiyini söyləyib. Orxan Zeynalov pul qarşılığı müqabilində zaminə buraxılmasını istəsə də, məhkəmə bu istəyi təmin etməyib.
1666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı