Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Suriyanın Dəməşq bölgəsində 27 azərbaycanlı öldürülüb - Video



Suriyada öldürülən azərbaycanlılarla bağlı yeni video görüntü yayılıb.

Suriyada vuruşan silahlı qruplaşmalara məxsus saytlara istinadən verdiyi məlumata görə, video görüntülərdə Suriyanın Dəməşq bölgəsində öldürülən 27 azərbaycanlının fotosu əks olunub. Həmin görüntülərdəki şəxslərdən bir neçəsinin ölüm xəbəri Azərbaycan mətbuatında getsə də, əksəriyyəti indiyədək yayımlanmayıb.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb. /apa/

1339 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber