Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Bəhreyndə küçə müharibəsi başladacayıq

Sələfi deputat: Bəhreyndə küçə müharibəsi başladacayıq
Bəhreyn parlamentinin sələfi deputatı Xalid əl-Malud deyib: Əgər hökumət etirazçıları sakitləşdirmək üçün ciddi və əzici addım atmasa, biz də küçələrə çıxacayıq və onları sakitləşdirmək üçün küçə müharibəsi başladacayıq. Biz sakit oturan deyilik.
Nur-az.com-un Shia-Online İnformasiya Agentliyinə istinadlı məlumatına görə, Bəhreyn inqilabçılarına xitabən təhdidedici səslə parlamentdə çıxış edən əl-Malud deyib: Əgər etirazları sona çatdırmaq üçün atılmış addımlar səmərə verməzsə, biz hökumətə etiraz edənlərlə döyüşə başlayacayıq.
Qeyd etmək lazımdır ki, iki gün əvvəl Bəhreyndə diktator Ali-Xəlifə rejiminə qarşı kütləvi etirazların 3-cü ildönümü idi. Bu münasibətlə xalq yenidən etiraz üçün küçələrə çıxsa da, təhlükəsizlik qüvvələri onlara hücum etmiş, onların bir neçəsini həbs etməklə yanaşı, bir neçə şəxsi də yaralamış və xəstəxanaya yola salmışdır.
1334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:39