Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

“İran Azərbaycana kartof ixracına məhdudiyyət qoymayıb”

Səfir: “İran Azərbaycana kartof ixracına məhdudiyyət qoymayıb”

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Astara gömrük-keçid məntəqəsində İran tərəfindən Azərbaycana kartofun gətirilməsinə məhdudiyyətlərin qoyulması barədə yayılan xəbərlərə münasibət bildirib.

Səfir jurnalistlərə açıqlamasında bildirib ki, İranda Azərbaycana kartof ixracına heç bir məhdudiyyət qoyulmayıb: “İlin bəzi fəsillərində soyuq hava şəraiti ilə əlaqədar ölkədə bəzi kənd təsərrüfatı məhsulları, o cümlədən kartofun qıtlığı yaranır. Buna görə onların qiyməti qalxır və istehsalçılar məhsullarını ixrac edə bilmirlər”.

Səfir qeyd edib ki, bu il Ərdəbildə kartofun yığımı yüksək olub: “Ümid edirəm ki, iki ay sonra yaxşı qiymətə kartof gətiriləcək. İran kartoflarının qiyməti bir az baha olsa da, digər ölkələrdən gətirilən kartoflardan daha yaxşıdır”./apa/
1416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42