Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2019

Misir Türkiyə və Qətərə qəzəbləndi

Misirin xarici işlər naziri bu ölkədə baş verən etirazlara görə Türkiyə və Qətərə qəzəblənib.
“Rusiya əl-Yəvm” qəzetinin verdiyi xəbərə görə, Misirin xarici işlər naziri Samih Şukri ölkə prezidenti Sisinin əleyhinə baş verən etiraz aksiyalarına münasibət bildirərək bu aksiyalara görə Türkiyə və Qətəri günahlandırıb. O deyib: “Türkiyə və Qətər mediaları təxribata əl atır, əhalini aksiya və anarxiyalarda iştiraka çağırırlar. Bu təhrikedici addımlar qəbuledilməzdir.”
Xarici işlər naziri əlavə edib: “Bu kimi təhrikedici hərəkətlərin Misirin daxilində tərəfdarı yoxdur və bu iki ölkənin (Türkiyə və Qətər) hərəkəti Misirin ötən 5 ildə nailiyyətlərinə qarşı dərin kin-küdurətindən qaynaqlanır.”
145 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
Go to TOP