Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2019

ABŞ-a görə 70 min pakistanlı öldü – İmran Xan

ABŞ-ın tərəfində terrorizmlə müharibəyə qoşulması Pakistan tarixinin ən böyük səhvidir.

Bunu Beynəlxalq Münasibətlər Şurasının seminarında çıxışı zamanı Pakistan Baş naziri İmran Xan deyib.

“1980-ci illərdə ABŞ-a yardım edən Pakistan Əfqanıstanda SSRİ-yə müqavimət təşkil edib. Pakistanın Birləşmiş Kəşfiyyat İdarəsi dünyanın bütün müsəlman ölkələrindən döyüşçülər dəvət edib, onlara təlim verib və SSRİ-yə qarşı cihada göndərib. Cihadçılar o zaman qəhrəman idilər, amma SSRİ və ABŞ-ın Əfqanıstandan getməsindən sonra bütün bu qruplaşmalar heç yerə yoxa çıxmadılar. Bundan sonra 11 Sentyabr baş verdi və Pakistan yenidən ABŞ-ın fəaliyyətlərinə qatıldı. İndi mübarizə terrorçu adlandırılan qruplaşmalara qarşı aparılır. Pakistan bütün bunlardan çox ciddi əziyyət çəkdi. 11 Sentyabrdan sonra ABŞ-a qoşulmaqla Pakistan öz tarixinin ən böyük səhvlərindən birinə yol verdi və nəticədə 70 min pakistanlı öldü, ölkə iqtisadiyyatına 100 milyardlarla dollar ziyan dəydi”, – deyə o bildirib.
241 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP