Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2019

"Zalımı tərifləmək - ərşi titrədər..."

İndiyə qədər yəqin ki, İlahi ərşin titrəməsi ifadəsi ilə tanışsınız. Bəs hansı əməllər ərşin titrəməsinə səbəb olar?

Allahın ərşini titrədən əməllərdən biri – yetimi ağlatmaqdır. Hədislər buyurur ki, yetimin göz yaşları ərşin titrəməsinə səbəb olar.

Ərşi titrədən ikinci əməl isə boşanmadır. Ərlə arvad arasında İlahi bağlar vardır. O zaman ki, onlar təlaq verərlər, bu bağlar sınar və dağılar. Buna görə də ərş pisliyin böyüklüyündən titrəməyə başlayar.

Ərşi titrədən başqa bir əməl isə zalımı tərifləməkdir. Yəni, o insan pis insandır və çox sayda kəbirə günahlar etmiş, insanlara zülm etmişdir. Əgər kimsə belə şəxsi tərifləyərsə, ərşi titrətmiş olar.

Ona görə də hər kim Allah yoluna qədəm basarsa, ərşi titrədən bu əməllərdən uzaq olmalı və bu cür kəbirə günahlardan çəkinməlidir. (Beytutə)/deyerler/
284 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP