Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Hüsnü Mübarək yenidən hakim qarşısında

Misirin paytaxtı Qahirədə ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin məhkəməsinin növbəti iclası keçirilib. Məhkəmə zalında Hüsnü Mübarəki oğulları Əlaa və Qamal müşayiət edib.

Bu dəfə Mübarək 125 milyon Misir funtu, və yaxud da 17,9 milyon dollar həcmində vəsaitin mənimsənilməsi ittihamı ilə hakim qarşısına çıxıb. Həmin vəsaitin Mübarəkin hakimiyyəti dövründə prezident saraylarının restavrasiyası üçün toplandığı bildirilir.

Xatırladaq ki, bundan əvvəlki məhkəmə işində Hüsnü Mübarəkə və oğullarına korrupsiya ittihamları ilə bağlı bəraət verilmişdi. /ans/
1638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber