Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Sentyabr 2019

İordaniya kralı region ölkələrini İrana qarşı gərginliyi azaltmağa çağırdı

İordaniya kralı Abdullah regionun xarici siyasətində İranın üstünlükdə dayandığını diqqətə çatdıraraq region ölkələrini İranla gərginliyi azaltmaq və Fars körfəzi hövzəsində dinclik yaratmaq üçün müəyyən məqsəd və strategiya izləməyə çağırıb.

“Anatolu”-nun verdiyi xəbərə görə, İordaniya kralı Amerikanın “MSNBC” telekanalına verdiyi müsahibəsində deyib: “Biz ayıq olmalı, İranla gərginliyi azaltmaq və Fars körfəzi hövzəsində dinclik yaratmaq üçün müəyyən məqsəd və strategiya izləməliyik.”
Kral əlavə edib: “Mən həmişə səy edirəm ki, İranla bu problemi izah edim və deyim ki, iranlılar xarici siyasətdə özlərini üstün tuturlar. Ona görə də İraq, Suriya, Livan və hətta Yəməndə təsirli ola bilirlər.”

Amerikanın İran əleyhinə sanksiyalarının genişlənməsi və hərəkətlərinin daha bərkiməsinə toxunanan İordaniya kralı xəbərdarlıq edərək deyib: “Biz ehtiyatlı olmalıyıq. Bir tərəfi təcrid etdikdə və həmin tərəfin itirmək üçün bir şeyi qalmadıqda yeni problemlər büruz edə bilər.”

Kral Abdullah diplomatiya və danışıqları problemlərin həllinin tək yolu bilib.
234 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP