Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2019

Ərdoğan onu görüb salona girmədi – Şok olay

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yemək masasında Misir dövlət başçısı Əbdülfəttah Sisini gördükdə salona girməkdən imtina edib.

Bu barədə Türkiyə KİV-də məlumat yayılıb.

Ərdoğan BMT Baş Assambleyasının sammitində çıxış etdikdən sonra BMT baş katibi Antonio Quterreşin təşkil etdiyi ziyafətə qatılmalı idi. Lakin Sisini yemək masası arxasında görən türk lider ziyafətin təşkil edildiyi salona girməkdən imtina edib.

Ərdoğan keçən il də Sisi ilə eyni masa arxasında oturmaqdan boyun qaçırmışdı.

Masa arxasında Sisi və Quterreşlə yanaşı, ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Angerla Merkel və Polşa Prezidenti Andrey Duda da yer alıb.
235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP