Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2019

Ruhani ABŞ “Patriot”una lağ etdi: Rüsvayçılıqdır!

ABŞ-ın hava hücumundan və raketdən müdafiə sistemlərinin Səudiyyə Ərəbistanına təşkil edilən hücumu dəf edə bilməməsi rüsvayçılıqdır. ABŞ kəşfiyyatının hücumdan əvvəl heç nədən məlumatı olmayıb.

Bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

“ABŞ-dan Səudiyyə Ərəbistanı, Ərəbistan yarımadasına yerləşdirilən müdafiə sistemləri, silahlanmaya, radarlara ayrılan pullar həmin raketlərin hədəfə çatmasına niyə əngəl ola bilmədi? Bütün bu “Patriot” sistemlərinin quraşdırılmasında anlam nə idi? Əgər biz ittihamları qəbul etsək, bu, ABŞ üçün daha böyük rüsvayçılıq olar. Onlar nəyə görə raketləri tuta bilmədiklərini açıqlamalı olacaqlar. ABŞ nəyə görə regiona bu qədər silah satdığını söyləməlidir. Niyə hücumun haradan təşkil edildiyini müəyyən edə bilmirlər? Niyə sübut göstərmirlər?” - Ruhani bildirib.
193 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP