Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Sentyabr 2019

23 yaşlı qız deputatın evində özünü güllələdi

Türkiyə parlamentinin deputatı (AKP) Şirin Ünalın evində bir ildir qulluqçu işləyən 23 yaşlı Nadirə Qədirova deputatın lisenziyalı tapançası ilə özünü vuraraq intihar edib.

Özbəkistan vətəndaşı olan Nadirə olaydan bir gün əvvəl Leyla adlı rəfiqəsinə məktub göndərib.

O, məktubda “Çox pis şeylər baş verir. Mən böyük qardaşımın üzünə necə baxacağam? Ölmək istəyirəm” ifadəsinə yer verib.

Türkiyənin aidiyyəti qurumları Nadirə Qədirovanın ölümünə səssiz qalsa da, onun qardaşı Əli Qədirov bacısı haqda bunları deyib:

“Bacımın intihar etməsi üçün hansısa səbəb yox idi. Önümüzdəki günlərdə ali məktəbə daxil olmaq üçün hazırlığa başlayacaqdı. Bildiyimiz qədər Nadirə özünü deputatın tapançası ilə öldürüb.

Bacım dörd ildir Türkiyədə yaşayırdı, hansısa problemi yox idi. Onun bu intiharı bizi təəccübləndirdi”.

Nadirənin kiçik qardaşı Məhəmməd Qədirov isə bacısının ölümü ilə bağlı bəzi şübhələrinin olduğunu desə də, bunun nədən ibarət olduğunu açıqlamayıb.
236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP