Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Dini baxımdan kütləvi qırğın silahlarının istifadəsi haramdır

Dini baxımdan kütləvi qırğın silahlarının istifadəsi haramdır - Ayətullah Cavadi Amuli
"Qərbin birinci və ikinci dünya müharibəsində kütləvi qırğın silahlarından istifadə etməsi dinə ziddir və vəhşilikdir"

“İslam dinin rəsmi bəyanatı budur ki, kütləvi qırğın silahları istehsal edilməməlidir.”

İnterAz–ın Fars agentliyinə istinadla verdiyi məlumata görə, bunu tanınmış müctəhid Ayətullah Cavad Amuli deyib.

Ayətullah Cavadi Amuli bu gün Tehranda keçirilən “ Nüvə enerjisi şəriət baxımından” simpozumunda çıxışı zamanı İslam dininin sülh dini olduğunu və qırğın siyasətindən mübərra olduğunu bəyan edib.

“Peyğəmbərin bizə gətirdiyi bundan ibarətdir ki, dünya insaf və ədalətlə idarə edilməlidir, qırğın siyasəti ilə deyil!. Baxmayaraq ki, Allah Davud və Süleyman kimi peyğəmbərlərə imkanlar və möcüzələr verib, onlar da kafirlərlə mübarizədə heç vaxt kütləvi qırğın silahları istehsal etməyiblər. İslam dini qırğın dini deyil. Kütləvi qırğın silahlarına malik olmaq belə dində qadağandır. Qərbin birinci və ikinci dünya müharibəsində kütləvi qırğın silahlarından istifadə etməsi dinə ziddir və vəhşilikdir”.
1542 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28