Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Sentyabr 2019

Nüvə müharibəsinin qalibi kim olacaq? - Lavrov

Vaşinqton Strateji hücum silahlarının ixtisarı haqqında Müqavilənin (SNV-3) uzadılması ilə bağlı Moskvanın təklifinə reaksiya verməyə tələsmir.

“RİA-Novosti” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov BMT Baş Assambleyasında çıxışında bildirib.

“Amerikalıların bundan çəkindiyi müddətdə, prezident Vladimir Putin Avropa və ya başqa regionlarda orta və daha kiçik mənzilli yerüstü raketləri yerləşdirməmək qərarını elan etdi. Biz ABŞ-ı və NATO-nu belə moratoriuma qoşulmağa çağırdıq. Həmçinin, Vaşinqtona Strateji hücum silahlarının ixtisarı haqqında Müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağı dəfələrlə təklif etdik. Çinlə birlikdə kosmosda qızğın silahlanmanın qarşısının alınması haqqında hüquqi öhdəlik yaradan sənədin uyğunlaşdırılması dəstəkləyirik. ABŞ və müttəfiqlərinin bütün bu təkliflərə reaksiyaları ürəkaçan deyil”, - rusiyalı nazir deyib.

Lavrov qeyd etdi ki, Rusiya tərəfi amerikalı həmkarların ünvanına daha bir təşəbbüslə çıxış edib:

“Moskva bir il əvvəl yüksək səviyyədə nüvə müharibəsinin yolverilməzliyi haqqında birgə bəyanatı qəbul etməyi təklif etdi. Bəyanatda, nüvə müharibəsində qalibin olmayacağı ifadə olunmalıydı. Ancaq Birləşmiş Ştatlar bu ideyaya əhəmiyyət vermədi. Bütün ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırırıq”.

Lavrov həmçinin bildirib ki, Moskva BMT Baş Assambleyasına silahlar üzərində nəzarət sisteminin möhkəmləndirilməsi üzrə qətnamə layihəsini daxil edəcək. O qeyd edib ki, Rusiya sənəd üzrə danışıqlara hazırdır.
190 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP