Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Vaşinqton Suriyada yalnız sülh yolu haqda fikirləşir

Suriyalı analitik ekspert və yazar Nəzzal Nuəysə Dəməşqdə FarsNews-a müsahibə verərkən deyib: Vaşinqton Suriya böhranından çıxış üçün yalnız diplomatik yol axtarır. ABŞ-ın təhdidləri manevr xarakteri daşıyır və yalnız Suriya xalqında qorxu yaratmaq məqsədi güdür.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Nuəysə deyib: Cenevrə 2 konfransı başlayandan Amerika və Səudiyyə Ərəbistanının bu konfransın nəticəsiz olmasına çalışdığına şahid idik. Bütün bu cəhdlər uğursuz oldu. Çünki suriyalı nümayəndələr Suriyada baş verənləri beynəlxalq ictimaiyyətə açıqlaya bildilər.
Amerika Suriya böhranının əvvəlindən çalışırdı ki, bir tərəfli siyasət yürütsün və Suriya haqqında ancaq onun sözləri eşidilsin. Bu cəhdlərin uğursuzluqla nəticələnməsi Amerikanı hərbi yoldan diplomatik yola üz tutmağa vadar etdi. Elə Dəməşq diplomatiyasının da məqsədi və qələbəsi bu idi.
Həqiqət budur ki, artıq Qərb və Səudiyyə planları Suriyada məğlub olub.
Bu gün Vaşinqton çox yaxşı bilir ki, istənilən hərbi müdaxilə qarşısında Suriya özünü müdafiə edəcək. Çünki itirəcək bir şeyi yoxdur. Lakin Amerika bu xüsusda psixoloji müharibəyə üstünlük verməyə məcburdur. Çünki öz hərbiçilərinin belə bir döyüşə girməyə qüdrətinin çatmadığına əmindir. Ona görə də, belə bir döyüşə girmək güclər nisbətinin dəyişməsilə, özü də Amerikanının ziyanına nəticələnəcək.
1294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı