Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Kılıçdaroğlu Ərdoğanı rüşvət, yalan və özbaşınalıqda ittiham etdi

“O başörtüləri sənin korrupsiyanın üstünü örtə bilməz”

Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu baş nazir Rəcəb Tayyib Ərdoğanı yalançılıqda, xalq içinə düşmənçilik səpməkdə ittiham edib.

K.Kılıçdaroğlu baş nazirin “başıörtülü” bir qadını 100-ə qədər adamın döyməsi və yerdə sürüməsi kimi bir faktın olmadığını deyib. Bununla bağlı adı çəkilən ərazidəki müşahidə kameralarında belə hadisə qeydə alınmayıb.

“Nə qovğa, nə dava, heç nə yox. İndi də bir ölkəni idarə edən baş naziri düşünün. Olmayan bir hadisəni olmuş kimi göstərdi və “mənim başörtülü bacımı yerdə sürüdülər” dedi. Nə üçün belə edir? Respublika tarixində baş verən ən böyük korrupsiyanın üstünü örtsünlər deyə. Buradan o yalançıya səslənirəm, qadınların başörtüsü, o qadının başörtüsü sənin korrupsiyalarının üstünü örtməz, bu, xalqı kin və düşmənçiliyə sürükləməkdir”, - K.Kılıçdaroğlu baş naziri ittiham edib.

Mühəmməd Peyğəmbərin (ə.s) yalanla imanın bir arada ola bilmədiyi haqdakı hədisini baş nazirə xatırladan CHP lideri onu yalançılıqda da ittiham edib.

Xalqa səslənən K.Kılıçdaroğlu yalan danışan kimsənin əlinin xalqın cibində olmasını iddia edib. Bununla yanaşı CHP lideri Ərdoğanı dini siyasətə alət eməkdə suçlayıb. “Baş nazirin geyimində ləkə olması önəmli deyil, alnında ləkə var. Bu villaları harada tikirsən? Birinci dərəcəli ərazilərdə, şəhər valisi deyir ki, bunu edə bilməzsən, vali icazə vermir və buna görə İzmirdən Diyarbəkirə göndərilir”, - K.Kılıçdaroğlu Ərdoğanı rüşvət və özbaşınalıqda ittiham edib.
1375 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:26