Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

ABŞ-ın hərbi gəmisi Türkiyə sularında qəzaya uğradı

ABŞ hərbi-dəniz donanmasına məxsus “Teylor” hərbi gəmisi Türkiyə sahilində qəzaya uğrayıb.

Soçidə Qış Olimpiadası zamanı təhlükəsizlik təmin etmək məqsədi ilə Qara dənizdə yerləşən ABŞ HHD-yə məxsus hərbi gəmi yanacaq doldurmaq üçün Türkiyənin Samsun limanına yan alarkən gəmidə qəza baş verib.

Hərbi gəmi suların dayaz yerində dənizin dibinə ilişib. Qəza nəticəsində gəmi zədələnsə də heyət üzvlərindən heç kim xəsarət almayıb. Dəniz dibinə ilişən gəmi təmir üçün limana gətirilib.

Gəminin bundan sonra Qara dənizdə öz missiyasını davam etdirməsi isə sual altındadır. Qeyd edək ki, fevralın 5-də ABŞ HDD-yə məxsus iki gəmisi Soçidəki Qış Olimpiadası zamanı təhlükəsizliyi təmin etmək məqsədi ilə Qara dənizə daxil olub.
1368 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...