Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Suriyada müxalifət təslim olmağa başladı

Daha iki şəhərə nəzarət edən silahlılar atəşkəs üçün orduya müraciət etdi

"Fars Nyus"un verdiyi məlumata görə, Suriyada ordu qüvvələrinə qarşı silahlı mübarizə aparmağın mənasız olduğunu görən müxalifət tərəfdarlarının nəzarətində olan Həcərul-Əsvəd və Əs-Səbinə şəhərləri hökumətə atəşkəs imzalanması üçün müraciət edib. Buna qədər Yəlda, Bəbila və Beyt-Səhm şəhərində döyüşən silahlılar ordu qüvvələrinə təslim olaraq şəhərlərində əminəmanlıq yaratmışdılar.

Sonuncu iki şəhər də oxşar addım ataraq silahları təslim verərək bölgəyə nəzarəti ordunun ixtiyarına buraxıb.

Bu arada Hizbullah döyüşçülərinin İordaniya ilə sərhəd ərazini silahlı qruplaşma üzvlərindən təmizləyərək Livanla bölgədə döyüşlər aparması Qərbdən dəstəyi kəsilən müxalifəti ordu ilə barışığa sürükləyib. Həmçinin muzdlu döyüşçülərdən ibarət terror təşkilatlarının da bir-birilə ilə qənimət uğrunda mübarizəsi suriyalılara həqiqətin hansı tərəfdə olduğunu göstərib./faktxəbər/

1355 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı