Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

İngilis qadınlar “nikah cihadı” üçün Suriyaya yola düşür

Londonun Kings universitetinin Beynəlxalq İfratçılıq Araşdırmaları Mərkəzi (ICSR) tərəfindən hazırlanan hesabata əsasən, çox sayda ingilis qadın Bəşər Əsədə qarşı vuruşan terrorçularla “nikah cihadı”na girmək üçün Suriyaya yola düşmək qərarına gəlmişlər.
Nur-az.com-un Press TV-yə istinadlı məlumatına görə, onların çoxu terrorçuları internetdə müşahidə etdikdən sonra bu qərara gəliblər. Ekspertlər bu qənaətdədirlər ki, terrorçular qadınların elekron poçt ünvanına şəkillər və qəhrəmanyana kadrlar göndərməklə onları özlərinə cəlb edə bilmişlər.
Deyilənlərə görə artıq dörd ingilis qadın terrorçularla evlənib. Amma Kings universitetinin ekspertləri bu rəqəmin deyilənlərdən daha artıq olduğu qənaətindədirlər.
Terrorçularla evlənmək istəyən qadınlar əvvəlcə Türkiyəyə səfər edir, sonra Suriyaya keçib öz arzularına çatırlar.
Qeyd etmək lazımdır ki, “Nikah cihadı” adlı məsələ keçən ilin sentyabr ayında beynəlxalq mediada özünə yer aldı. Həmin vaxt onlarla tunisli qadının bu məqsədlə Suriyaya getdiyi ifşa oldu. Halbuki, müqəddəs İslam dini bu əmələ heç bir vəchlə icazə vermir.
Tunisin baş naziri Lutfi bin Cədu deyib: Xarici ölkələrin himayədarlığı ilə Suriyada döyüşən təkfirçilərlə “nikah cihadı” icra etmək məqsədilə Suriyaya getmiş 60-80 nəfər tunisli qız hamilə olaraq ölkəyə geri dönmüşdür.
Bin Cədv habelə bildirib ki; Təkfirçi yaraqlılar tunisli qızlardan fahişə kimi istifadə edirmişlər.
İngiltərənin təhlükəsizlik əməkdaşları 2013-cü ilin dekabr ayında “Daily Telegraph” qəzetinə bildiriblər ki; Suriyada döyüşən terrorçu qruplaşmaların tərkibindəki min nəfər avropalı döyüşçünün 300 nəfərdən çoxunu ingilislər təşkil edir.
1581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...