Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

"Mövsüm Səmədov haqq və ədalətin qalib gələcəyi ümidi ilə yaşayır"

Akif Heydərli: Mövsüm Səmədov haqq və ədalətin qalib gələcəyi ümidi ilə yaşayır

Dünən Azərbaycan İslam Partiyasının funksionerləri- Elçin Manafov, İnqilab Əhədli və Akif Heydərli siyasi partiyanın sədri Mövsüm Səmədovla Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşüblər. Qurumun siyasi məsələlər üzrə sədr müavini A.Heydərlinin “İslaminsesi”nə verdiyi məlumata görə, iki saatlıq görüş müddətində ölkədə ictimai-siyasi proseslər ətrafında islamçıların lideri ilə fikir mübadiləsi aparılıb, AİP-in son dövrdəki fəaliyyəti barədə M.Səmədova məlumatlar verilib.
“Hacı Mövsüm Səmədov cəbhə bölgəsində atəşkəsin mütəmadi şəkildə pozulması və ordumuzun itkilər verməsi məlumatını çox böyük narahatlıqla qarşıladı və bildirdi ki, daha ağrılı itki torpaqların düşmən tapdağı altında qalmasıdır. Bu isə ümumilikdə Azərbaycan xalqının milli- mənəvi mühitinə, qəhrəmanlıqlarla zəngin tarixinə ləkə gətirir. Xalqımızın birliyi olmadan nə ölkə daxilindəki, nə də xarici düşmənlərimizlə layiqli mübarizə aparmaq olar. M. Səmədov son dövrdə sadə insanlar arasında intihar hallarının artmasına da münasibət bildirdi. Qeyd etdi ki, bu, məmur özbaşınalığının, insanların çarəsiz vəziyyətə ümidsizlik girdabına salınmasının, xalqın məruz qoyulduğu mənəvi aşınma və mənəviyyat böhranı təzahürünün nəticəsidir”. Akif Heydərli daha sonra qeyd etdi ki, hazırda hacı Mövsümün səhhətindəki problemlər aradan qaldırılır, müalicə müəssisəsində böyrək və orqanizmindəki ümumi zəifliklə bağlı müayinələrdən keçirilir. Müsahibimiz onu da vurğuladı ki, Mövsüm Səmədovun əhval-ruhiyyəsində heç bir dəyişikılik yoxdur, o, əvvəlkitək prinsipial mövqeyi, haqq və ədalətin qalib gələcəyi inamı ilə yaşayır, bütün baş verənləri Allahın hikməti və təqdiratı hesab edir, Ona iman gətirir, Onun mərhəmətinə sığınır.
“ Allah onun və haqsız ittiham olunan digər məhbusların qapısını açsın.”
1598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber