Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2019

Bakıda qonşular arasında davada 72 yaşlı kişi bıçaqlanıb

Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Ramana qəsəbəsi, V.Vəliyev küçəsində qonşular arasında yaranan mübahisə bıçaqlanma ilə bitib.

Belə ki, Mikayıl adlı şəxs qonşusu, 1947-ci il təvəllüdlü Babayev Teymur Tahir oğluna bıçaqla bir neçə zərbə vuraraq xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona sağ qolun və qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub./apa/
578 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.20, 09:07
Rusiya və Çin...
19.05.20, 09:58
Türkiyə ordusu itki verdi
Go to TOP