Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2019

İtaliyanın baş naziri Rusiyanın iştirakı ilə G8 formatının bərpasını təklif edib- Açıqlama

İtaliyanın baş naziri Cuzeppe Konte bütün dünyada geosiyasi problemlərin daha effektiv həlli məqsədilə Rusiyanın iştirakı ilə G8 formatının bərpasını təklif edib.

Bu barədə o, “The Washington Post” qəzetinə dərc edilmiş müsahibəsində bildirib.

Qeyd edilir ki, baş nazirdən ABŞ prezidenti Donald Trampın Rusiyanın G8-ə qayıdışı təşəbbüsü ilə razı olub-olmaması barədə soruşublar.

“Bu həqiqətdir. Mən bu təşəbbüsü dəstəklədim. Çünki mənə elə gəlir ki, əgər Rusiya və onun prezidenti Vladimir Putin bizimlə bir masanın arxasında otura bilsəydi, onda bütün dünyada ən ciddi geosiyasi böhranları nizama salmaq şansımız olardı”, – Konte cavab verdi.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp da Rusiyanın G8-ə qayıdışı təklifi ilə çıxış edib. ABŞ prezidenti bildirib ki, Rusiyanın G8 formatına qayıdışını məqsədəuyğun hesab edir.
221 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP