Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Ukrayna radikalları barışığa əməl etməkdən imtina ediblər

Ukrayna millətçilərinin lideri Dmitriy Yaroş bəyan edib ki, onun “Pravıy sektor” adlı təşkilatı heç bir sazişə imza atmayıb və barışığa riayət etmək niyyətində deyil.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, “Praviy sektor”un lideri üsyana qalxmış xalqın müqavimətinin davam edəcəyinə söz verib.

“Kimlərsə qondarma barışıq yolu ilə xalq üsyanını dayandırmaq istəyir. Rəsmi olaraq bəyan edirəm, “Praviy sektor” heç bir sənədi imzalamayıb, heç kim ilə razılıq əldə etməyib”, - Yaroş özünün Facebook səhifəsində yazıb.

Qeyd edək ki, bu gecə Ukrayna prezidenti Viktor Yanukoviçlə müxalifət liderləri barışıq elan edərək danışıqlar prosesinin başlanmasını bəyan ediblər.
1465 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber