Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Venesuelada toqquşmalar zamanı ölənlərin sayı 6-ya çatıb

Venesuelada etiraz aksiyaları zamanı ölənlərin sayı 6-ya çatıb.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bunu ölkənin Daxili İşlər naziri Rodriqes Torres bəyan edib.

İğtişaşların 6-cı qurbanı Bolivar ştatında hökumətə dəstək aksiyasının iştirakçısı olub. DİN-n başçısı paytaxt Karakas şəhərində törədilən üç qətllə əlaqədar istintaqın davam etdiyini bildirərək, əllərdə külli miqdarda odlu silahın olduğunu etiraf edib.

“Hesab edirik ki, müvafiq tərksilah əməliyyatın başlanmasının vaxtı çatıb”, deyə Torres bildirib.

Xatırladaq ki, ötən həftə Venesuelada prezident Nikolas Maduronun tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verib. Hökumət iğtişaşların təşkilində müxalifət liderlərinsən biri olan Leopoldo Lopesi günahlandırıb. Lopes bir neçə gün gizlənsə də, sonda Milli qvardiyaya təslim olub./apa/
1325 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP