Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2019

İran Ərəbistanla müzakirəyə şərt qoydu

İnsanları öldürməkdən əl götürsələr, İslami İran onlarla müzakirəyə gedəcək.
İran xaciri işlər naziri Məhəmməd Cavad Zərif Ərəbistan vəliəhdinin İran və Pakistan vasitəsilə müzakirə istəyinə münasibət bildirərək deyib: “Xarici İşlər Nazirliyi regionda təhlükəsizliyin təmin edilməsi üçün öz qonşuları ilə əməkdaşlıq etməyə hazır olduğunu daim bildirmişdir və bunu rəsmi şəkildə elan etmişdir.
Hörmətli Prezident də bu istiqamətdə BMT-nin ümumi iclasında “Ümid koalisiyası” və “Hörmüz sülhü” layihələrini təqdim etmişdir.”
Xarici işlər naziri vurğulayıb: “Səudiyyəlilərin İranla müzakirə etmək istədiyi hazırkı vəziyyətdə əgər məsələni insanları öldürməklə deyil, müzakirə masası vasitəsilə həll etmək istəyirlərsə, İslami İran mütləq onlarla müzakirəyə gedəcək.”
“Nyu-York Times” qəzetinin verdiyi xəbərə görə, Yəmən qüvvələrinin Ərəbistanın “Aramco” neft təsisatına hücumundan sonra Ərəbistan vəliəhdi Məhəmməd bin Salman İraq və Pakistan rəsmiləri vasitəsilə mesaj göndərərək İran rəsmiləri ilə görüşmək istədiyini və gərginliyin aradan qaldırılması barədə danışıqlar aparmasını istəmişdi.
235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP