Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Çempionlar Liqası: "Bavariya" və "Atletiko" səfərdə qalib gəldilər

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.

İngiltərənin "Arsenal" klubu öz meydanında Almaniya çempionu "Bavariya"nı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Toni Kroos (54 dəq.) və Tomas Müller (88 dəq.) vurublar.

Digər qarşılaşmada "Milan" Madridin "Atletiko" klubu ilə üz-üzə gəlib. Bu oyunda da qonaqlar qalib gəlib. "Ateletiko" rəqibini Dieqo Kostanın 83-cü dəqiqədə vurduğu qol ilə 1:0 hesabı ilə məğlub edib.

Cavab oyunları martın 11-də keçiriləcək.
1410 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08