Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2019

Ayətullah Xamenei: Yəmən müharibəsi düzgün sonlandırılsa bölgəyə müsbət təsir göstərəcək

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Pakistanın Baş naziri İmran Xan və onu müşaiyət edən nümayəndə heyətini qəbul edib.

Maide.Az Leader.ir saytına istinadla xəbər verir ki, görüşdə Ali Rəhbər İran və Pakistan arasında münasibətlərin dərin və xalqlara söykənən bir münasibət olduğunu bildirib və qeyd edib ki, bu potensialdan iki dövlət əməkdaşlığı artırmaq üçün istifadə etməlidir.

Ayətullah Xamenei bildirib ki, İran Pakistanı qonşuluğunda olan bir qardaş kimi görür. “İki ölkənin əlaqələri daha isti və daha yaxşı olmalıdır. Sərhədlərdə satibliyin təmini gücləndirilməli, yarımçıq qalan planlar, o cümlədən qaz boru kəməri təkmilləşdirilməlidir”.

Ali Rəhbər Pakistan hökumətinin Qərbi Asiya bölgəsində sülh və sabitliyin təmini ilə bağlı səylərini müsbət dəyərləndirib, eyni zamanda ehtiyatlı olmağa çağırıb.

Ali Rəhbər bəzi ölkələrin bölgədə dağıdıcı rolunu pisləyib və onların İraqda, Suriyada terror qruplarını dəstəkləməsini və Yəməndə müharibə yaratmasından təssüflənib.

“Bizim bu ölkələrlə düşmənçilik etmək niyyətimiz yoxdur, amma onlar ABŞ iradəsi altındadırlar və onun istəyinə uyğun İran İslam Respublikası əleyhinə çalışırlar”.

Ayəutllah Xamenei deyib ki, İslam Respublikası uzun zaman öncədən Yəməndə müharibənin sonlanması üçün 4 maddəlik layihə təqdim edib və əgər bu müharibə düzgün sonlandırılsa bölgəyə müsbət təsir göstərəcək. “İran heç bir müharibənin başalayanı olmayıb. Əlbəttə əgər İrana qarşı kimsə müharibə başladarsa heç şübhəsiz peşiman olacaqdır.”


 
 
 
 
 

149 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
08.11.19, 09:58
"Qarabağ"- APOEL-ə uduzdu
Go to TOP