Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2019

Nigeriyada Qurana hörmətsizlik edənləri edam cəzası gözləyəcək

Nigeriyada Zamfara əyalətinin rəhbərləri Qurana qarşı hörmətsizlik edənlər üçün edam cəzasını təyin etmək niyyətindədirlər.
“Deyli Trast” xəbər saytının verdiyi məlumata görə, Zamfara əyalətinin qubernatoru Blov Məhəmməd Mutavval bu barədə deyib: “Tezliklə, Qurana qarşı hörmətsizik edənlər üçün edam cəzasının layihəsi icra olunacaq.”
Bu qərar Zamfara əyalətində Qurana qarşı olunan son hörmətsizliklərin araşdırılması məqsədilə yaradılmış 24 nəfərdən ibarət komitənin gəldiyi nəticədən sonra seçilmişdir.
Mutavval bundan əvvəl demişdi ki, Zamfara qubernatoru belə cinayətə mürtəkib olanları onların vəzifə və kimliyindən asılı olmayaraq cəzalandırmağa vəzifəlidir.
Qərbi Afrikada yerləşən Nigeriya ölkəsinin 190 milyon əhalisi vardır. Əhalinin yarısı müsəlmanlardan ibarətdir və onlar əsasən şimal əyalətlərində yaşayırlar. Ölkənin 40 faizini xristianlar, 10 faizini isə digər dinlərin və yerli adət-ənənələrin ardıcılları təşkil edir.
135 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
08.11.19, 09:58
"Qarabağ"- APOEL-ə uduzdu
Go to TOP