Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Yumurta yeyin, arıqlayın

Toyuq yumurtaları-bağırsaqlarda şlaklar yaratmadan orqanizmin 98 faiz həzm edə bildiyi yeganə məhsuldur Alimlər yumurta ilə bağlı maraqlı açıqlamalar veriblər. Onların iddialarına əsasən, toyuq yumurtası “pis” xolesterin mənbəyidir, ümumiyyətlə yumurta ağır və olduqca kalorili məhsuldur. Liverpul universitetinin alimləri Nikol Harman adlı həkimin rəhbərliyi ilə kiçik bir təcrübə keçiriblər. Onlar sübut ediblər ki, gün ərzində iki yumurtanın qəbul olunması qanda xolesterinin qalxmasına səbəb olmur. Dietoloqlar təcrübəyə iki qrup olmaqla 45 nəfər cəlb ediblər. Orta yaş həddi təqribən 44 olub. Birinci qrup 12 həftə ərzində yumurta qəbul etmədən aşağı kalorili pəhriz saxlamalı olub, ikinci qrup isə eyni pəhrizlə, lakin gün ərzində iki yumurta yeyib. Nəticədə 12 həftədən sonra hər iki qrup iştirakçıları təqribən eyni 3,3-dən 4,4 kq qədər çəkilərini azaldıblar. Bundan başqa hər iki qrupun üzvlərində qanda xolesterinin miqdarı uyğun olaraq 0,2 mmol və 0,6 mmol aşağı enib. Beləliklə, alimlər belə qənaətə gəliblər ki, arıqlamaq istəyən insanların yumurtadan imtina etmələrinə ehtiyac qalmır.
1356 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13