Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Ukraynadakı itkilərin yeni statistikası: 28 ölü, 287 yaralı

Ukraynanın Səhiyyə Nazirliyi paytaxt Kiyevdə fevralın 18-də və 19-da baş vermiş iğtişaşlarda 28 nəfərin həlak olduğunu bəyan edib. Bu gün səhər açıqlanan yeni statistikaya görə, xəstəxanalarda 287 nəfər yatır, onların 88-i hüquq mühafizə orqanlarının əməkdaşıdır.

Xəstəxanaya düşənlərin 6-sı jurnalist, 4-ü yeniyetmə, 2-si əcnəbi, 1-i parlamentin deputatıdır (müxalif “Batkivşina” fraksiyasından Vasili Pazinyak).

Bu gün, fevralın 20-si ümummilli matəm günü elan edilib.

Xatırladaq ki, 2013-cü il noyabrın 21-də Ukrayna hökuməti Rusiyanın basqılarına dözməyərək Avropa Birliyi ilə assosiasiya sazişi bağlamaqdan imtina edib. Bu imtinadan sonra paytaxt Kiyevdə davamlı etiraz aksiyaları keçirilir və zaman-zaman hüquq mühafizə qurumları ilə toqquşmalara gətirir. Ən qanlı toqquşma fevralın 18-də qeydə alınıb.

Dünən axşam prezident Viktor Yanukoviç müxalifət liderləri Vitali Kliçko, Arseni Yatsenyuk və Oleq Tyaqnibokla görüşüb. Tərəflər güc tətbiqinə son qoyulması razılığına gəliblər. Amma radikal ovqatlı bəzi müxalif qruplar razılaşmanı qəbul etmir.
1408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:44