Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

AEBA Buşəhr AES-də nəzarət kameraları quraşdıracaq

İranın Buşəhr Atom Elektrik Stansiyasında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən nəzarət kameraları quraşdırılacaq.

“İRNA”-nın verdiyi məlumata görə, bu barədə İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbər müavini Əsgər Zarean bildirib.

Onun sözlərinə görə, ötən il İran və AEBA Buşerdə köhnə kameralarını yeniləri ilə əvəzləməsi barədə razılığa gəliblər. AEBA müfəttişləri bu gün İrana gələcək və 3 gün ərzində Buşəhrdə kameraların quraşdırılması ilə bağlı işlər görəcəklər. Kameralar stansiyada həyata keçirilən bütün proseslərə nəzarət edəcək.

Ə.Zarean həmçinin bildirib ki, proses İranın Atom Enerjisi üzrə Təşkilatının nəzarəti ilə keçəcək.

Qeyd edək ki, ildə 1000 meqavat enerji istehsal edir.
1574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP