Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2013

“Apple” bunu da etdi

“Apple” günəş panelləri ilə örtülmüş və gündə 13 min nəfəri qəbul edə biləcək kosmik gəmi formasında düşərgə salır

“Apple” günəş panelləri ilə örtülmüş və gündə 13 min nəfəri qəbul edə biləcək kosmik gəmi formasında düşərgə salır. Bu, “Apple”-ın Kupertinodakı sayca ikinci düşərgəsi olacaq. Düşərgənin inşasının 2015-ci ildə yekunlaşacağı gözlənilir. “Apple”ın kosmik gəmisi” adlandırılan müəssisənin “Apple”ın yeni mərkəzi olması xəbəri də gündəmdədir. Müəssisənin inşaatına keçən il başlanıldığı söylənilir. Açıqlamada müəssisənin ictimaiyyətə açıq olmayacağı qeyd edilib. Həmçinin, binada kənar ziyarətçilərin diqqətini çəkə biləcək bir muzey, ya da fabrik satış mağazasının olmayacağı da vurğulanıb. “Apple”ın kosmik gəmisində min yerlik zal olacaq.
Xüsusi tanıtım tədbirləri burda keçiriləcək. Fikir Stiv Cobsa aiddir. Volter İsaksonun “Stiv Cobs” adlı bioqrafik kitabında bu kosmik gəmi formalı düşərgə fikrinin Stiv Cobsa aid olduğu və bunun üçün 50 memarın işə götürüldüyü bildirilir. Kitaba istinadən Cobs düşərgənin 80 faizinin təbiətdə olmasını istəmiş və altı min ağac əkilməsini söyləmişdi. Cobs layihənin detallarını 2011-ci ilin 7 iyununda Kupertino Şəhər Toplantısında açıqlamışdı.
1528 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP