Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2019

Türkiyədə müəmmalı qəza: rus nüvə alimləri öldü – Foto

Rusiyanın Türkiyədə, Mersin vilayətində inşa etdiyi Akkuyu Atom Elektrik Stansiyasında (AES) işləməyə gələn mühəndisləri gətirən minibus qəzaya uğrayıb.

Hadisə zamanı 2 mühəndisin həlak olub, sürücü ilə birlikdə 11 nəfər ağır yaralanıb.

Gələn informasiyalara əsasən, Mersinin Gülnar rayonuna bağlı Böyükeyceli bölgəsində yerləşən AES-də çalışmaq üçün gələn mühəndislər Rusiyadan öncə Antalyaya gəliblər, orada isə Ömər Ö. adlı sürücünün idarə etdiyi minibusa miniblər.

Rusiya vətəndaşlarının olduğu avtomobil Mersinin Silifke rayonunun Ağdərə kəndi yaxınlığında arxadan ağır yük avtomobili ilə toqquşub. Çarpışmanın təsiri ilə minibus yük maşınının yedəyinin altına girib.

Ölən mühəndislərin Denis Petrpuk və Andrey Voronov olduğu bildirilir.

Yoldan keçən sürücülərin xəbər verməsi ilə hadisə yerinə təcili yardım maşınları, jandarmeriya və polislər cəlb olunub. Yaralıların hamısı Silifke dövlət xəstəxanasına yerləşdirilib.


163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.11.19, 16:35
Polislərə hücum oldu
08.11.19, 17:42
Əsgərimiz şəhid oldu
08.11.19, 09:58
"Qarabağ"- APOEL-ə uduzdu
Go to TOP