Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Nurçuların Azərbaycandakı Xaç atası danışdı

Qabil Hüseynli: “Nurçuların Azərbaycana xeyir verəcəklərini düşünürdüm”

Son zamanlar Türkiyədə nurçuların aktivləşməsi və hakimiyyət dəyişikliyinə cəhd etmələri göz qabağındadır. Məhz bu mövzudan sonra Azərbaycandakı nurçuların da fəaliyyəti diqqəti cəlb etdi.

Hətta bu günlərdə bildirildi ki, müdafiə naziri Zakir Həsənovla, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev də nurçularla bağlıdırlar. Amma bununla bağlı “Unikal”a daxil olan məlumatda bildirilir ki, nurçulara Prezident Admnistrasiyasında mühüm post tutan bir məmur dayaq olur və demək olar ki, onların bütün problemlərini məhz həmin məmur həll edir. Bununla bağlı apardığımız araşdırma isə maraqlı nüansları ortaya çıxartdı. Aydın oldu ki, həmin şəxs hazırda Prezident Admnistrasiyasında işləmir və o, illər öncə prezidentin müşaviri olan Qabil Hüseynlidir.

Mövzu ilə bağlı “Unikal”a eksklüziv açıqlama verən Qabil Hüseynli faktı təsdiqlədi: “Bəli, mən o zaman “Çağ”öyrətim mərkəzi və Qafqaz universitetini qeydiyyata aldırdım. Onda bürokratik əngəllər yaradılmışdı və bunun qarşısını aldım. Hazırda deputat olan İlham İşbilen də bu işlərdə mənimlə birlikdə idi. Bundan başqa, “Çağ” öyrətim mərkəzinin 4 məktəbinə də yeri mən verdirdim ki, aktiv fəaliyyət göstərə bilsinlər. Çünki nurçuların Azərbaycana xeyir verəcəklərini düşünürdüm”.

Qabil Hüseynli bunu da bildirdi ki, indi də Fətulla Güləni dəyərli insan kimi qəbul edir və o, Ərdoğandan milyon dəfə xeyirli insandır./pia/
1675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber