Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Bölgələrdə təhsilin vəziyyəti acınacaqlıdır

Nabatəli Qulamoğlu: «Rayonlarda elə məktəblər var ki, bir nəfər də ali məktəbə qəbul ola bilməyib»

Son 2 ildə Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak edən məzunların ali məktəblərə qəbul olunma göstəricilərində artma müşahidə olunur. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, 2012-ci ildə iştirak edən məzunların 51,75 faizi tələbə adını qazanıbsa, 2013-cü ilə imtahanda iştirak edən məzunların 55,91 faizi ali məktəbə qəbul olub:

“Ötən il abituriyentlərin qəbul imtahanlarında topladığı orta bal 2012-ci illə müqayisədə artıb. Bakı şəhəri imtahan fənləri üzrə yüksək nəticə göstərmiş təhsil şöbələri arasında 10-cu yerdə dayanır. Paytaxt abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 244.737-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 8.4 faiz yuxarıdır”.

M.Abbaszadə əlavə edib ki, ümumilikdə 2013-cü ildə Bakıda məktəbi 20 min 41 şagird bitirib, onların 19 min 456 nəfəri buraxılış imtahanında iştirak edib, ümumilikdə 19 min 952 nəfər attestat alıb. Attestat alanların 84.24 faizi (16 min 807 nəfəri) qəbul imtahanlarında iştirak edib. Şəhərin 9 min 396 məzunu tələbə adını qazanıb. Bu isə imtahanda iştirak edənlərin 55.91 faizidir.

Qeyd edək ki, hazırlıq kursları və litseylərin böyük əksəriyyəti Bakıda yerləşir. Qəbuldakı yüksək nəticəni təkcə orta məktəblərin ayağına yazmaq olmaz. Orta təhsil müəssisələrinin keyfiyyətindən danışılırsa, əyalətləri də unutmamaq lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, bölgələrdə hazırlıq kursları, prestijli litsey-məktəblər yoxdur və bu amil təhsil müəssisələrinin keyfiyyət göstəricisində özünü aydın şəkildə göstərir.

Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlunun sözlərinə görə, elə rayon məktəbləri var ki, oradan bir nəfər də ali məktəbə qəbul ola bilməyib. Ekspert ucqarlarda vəziyyətin həddən çox ağır olduğunu vurğulayıb: “Əhalinin müəyyən hissəsi Bakıda yerləşir. Həmçinin paytaxtda yaşayanlar əyalətlərlə müqayisədə maddi cəhətdən imkanlıdır və övladları üçün ”gün ağlaya" bilir. Rayonlarda normal repetitorluq fəaliyyəti də yoxdur. Bölgələrdə müəllimlərin əlinin altında müvafiq resurslar yoxdur, onlar ciddi elmi müzakirələrdə iştirak edə bilmirlər. Bu baxımdan onların repetitorluq fəaliyyəti göstərməsi də nisbi xarakter daşıyır. Güman edirəm ki, rayonda ali məktəbə hazırlaşan şagirdlər əsasən özləri çalışır və onlar da çox az faizdir".

Ekspert əlavə edir ki, bu mənada Bakı məktəbləri təbii ki, üstünlük təşkil etəmlidir və bunu adi gözlə də görmək çətin deyil.
1314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55
Prokuror MTN tər