Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

İndiyədək 50-yə yaxın adam həlak olub

Ukrayna ombudsmanı: “İndiyədək 50-yə yaxın adam həlak olub, lakin məlumat var ki, ölənlərin sayı daha çoxdur”

Valeriya Lutkovskaya: “Hüquq-mühafizə orqanlarının kütləvi iğtişaşların qarşısını almaq üçün odlu silahdan istifadə etmək hüququ yoxdur”

Ukrayna Ali Radasının insan haqları üzrə müvəkkili (ombudsman) Valeriya Lutkovskaya Kiyevdə baş verən toqquşmalarda təxminən 50 nəfərin öldüyünü bildirib. “RBK Ukraina” saytının verdiyi məlumata görə, V. Lutkovskaya paytaxt Kiyevin və digər Ukrayna şəhərlərinin küçələrində son günlər dəhşətli faciənin yaşandığını söyləyib: “Bu günə olan informasiyaya əsasən 50-yə yaxın adam həlak olub, lakin məlumat var ki, ölənlərin sayı daha çoxdur. Yüzlərlə adam xəstəxanalara yerləşdirilib”.

V. Lutkovskaya onu da deyib ki, hüquq-mühafizə orqanlarının kütləvi iğtişaşların qarşısını almaq üçün odlu silahdan istifadə etmək hüququ yoxdur: “Heç bir beynəlxalq standart hüquq-mühafizə orqanlarına kütləvi iğtişaşların qarşısını almaq üçün atəş açmaq hüququ vermir. Əksinə, beynəlxalq sənədlər güc tətbiqi zamanı dəyəcək zərərin minimallaşdırılmasını nəzərdə tutur. Bunun əksi cinayətdir”./apa/

1155 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber