Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Olimpiya çempionumuz milli komandadan imtina etdi

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nicat Rəhimov (69 kq) yığma komandanın şərəfini qorumaqdan imtina edib.

Bu barədə 21 yaşlı atletin atası Əli Rəhimov məlumat verib.

O bildirib ki, oğlu bundan sonra yarışlarda Qazaxıstan millisinin adından çıxış edəcək. Rəhimov bunu millidə nizam-intizamın olmamağı və bolqarıstanlı baş məşqçi Zlatan Vanevin Nicatı yarışlara aparmamağı ilə əlaqələndirib.

Qeyd edək ki, 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarında qızıl medal qazanan atlet həmin il Avropa çempionu adına da sahib olub./apa/
1301 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber