Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

BDU-da etiraz aksiyası: saxlanılanlar var - Foto

Üç tələbə saxlanılıb

Bakı Dövlət Universitetində keçiriləcək aksiya baş tutmayıb.

Artıq universitetin həyətindən qonaqlar gəlir bəhanəsiylə hər kəs uzaqlaşdırılır. Müxbirimiz mediaya qarşı xüsusiylə kobud davranıldığını və universitetin həyətindən mühafizəçilərin vasitəsiylə çıxarılmağa başlanıldığını söyləyib.

Daha sonra media nümayəndələrinin qarşısına çıxan universitetin rektoru Abel Məhərrəmov aksiya iştirakçıları tərəfindən fitə basılıb.

***

BDU tələbələri Nazirlər Kabinetinin alt qrupda təhsil alan tələbələrin dərs saatlarına görə əlavə pul ödəmələri haqqında qanununa etiraz edirlər. İnterAz musavat.com-a istinadən xəbər verir ki, onlar sosial şəbəkələr vasitəsilə yaydıqları məlumatlarda aksiyanın “Girməyin cibimizə, tamah güc gəlib sizə!”, “Kəsr üçün pul verməyək!” şüarları ilə keçəcəyini qeyd ediblər. Çağırışçılar bu şüarlarla hətta “haş taq” da yaradıblar.

Twitter-də yayılan məlumatlara görə isə artıq universitetin aksiya keçiriləcək korpusu mühafizə xidməti tərəfindən mühasirəyə alınıb.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, üç tələbə saxlanılıb. Onlardan birinin adını dəqiqləşdirmək mümkün olub - Tamerlan Baxşıyev.


1174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber