Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2014

Vəhhabilərin fikrincə bidət olmayan bayram

Bu günlərdə Səudiyyə Ərəbistanında Ali-Səud rejiminin 17 günlük “Cənadiriyyə” adlı bayram festivalı keçirilir.
Nur-az.com-un Shia-Online-a istinadlı məlumatına görə, bu mərasimlər hər il tanınmış vəhhabi müftilərinin diqqətini daha çox cəlb edir. Belə ki, Məscid əl-Həram və Məscid ən-Nəbinin (s) işləri rəisi bu bayramları tərifləməyə qalxdı və bunu mədəni bayram saydı.
O dedi: Bu bayram əsil ərəb mədəniyyəti və dəyərlərinə diqqət etməkdə ərəbistanlı rəsmilərin qayğısının göstəricisidir.
Halbuki, Ərəbistanın vəhhabi başbilənləri istənilən dini bayram və mərasimi, o cümlədən Həzrət Peyğəmbərin (s) adnadan olduğu günü qeyd etməyi bidət adlandırır və onu haram elan edirlər. İndi isə, Cənadiriyyə bayramını qonşu ərəb ölkələrinə ixrac etməyi fikirləşirlər.
Bu bayram və festival 12 fevralda başlamış, 17 gün davam edcək və 28 fevralda bitəcəkdir. Ev sahibi Səudiyyə Ərəbistanının bildirdiyinə görə, bu ilki bayram dörd (Bəhreyn, Qətər, Oman və Küveyt) daimi ölkə və BƏƏ-nin fəxri iştirakı ilə keçirilir.
Qeyd etmək lazımdır ki, bu ilki Cənadiriyyə bayramının xüsusi qonaqlarından biri də İngiltərə taxtının varisi, şahzadə Çarlsdır.



1716 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
22.05.17, 08:28